Bu il Azərbaycanın xam neft istehsalı gündəlik 680 min barel olacağı gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında bildirilib.
Sənədə əsasən, 2022-ci ildə Azərbaycanın xam neft istehsalı gündəlik 660 min barel səviyyəsində olması proqnozlaşdırılır.
Azərbaycanın təbii qaz istehsalı isə bu il sutkada 670 milyon kubmetr, 2022-ci ildə isə 710 milyon kubmetr həcmində gözlənilir.