Energetika naziri Qubada vətəndaşları qəbul edəcək

İyulun 22-də energetika naziri Pərviz Şahbazov Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 11:00-dan etibarən Quba rayon Heydər Əliyev Mərkəzində (Ünvan: AZ4000, Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) keçiriləcək.

Vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrəsi (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Famil Əliyev; əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektron poçt ünvanı: office.khachmaz@regulator.gov.az vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35