2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 670 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının noyabr sayına istinadən xəbər verir.
Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə sentyabr ayında verilən proqnozla eynidir.
Agentlik hesab edir ki, 2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 660 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən oktyabr ayında açıqlanan proqnozla müqayisədə eynidir.
2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 50 min barel və ya 7,04 % azdır.