Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir

Bazarda neftin müvəqqəti profisit ehtimalının mövcudluğu səbəbindən dünya bazarlarında neft ucuzlaşmaqda davam edir.

Bu barədə “Report” bazarlara və analitiklərin rəylərinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.00-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,39% ucuzlaşaraq, 1 bareli 79,97 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 0,66% aşağı düşərək, 1 bareli 77,03 ABŞ dolları təşkil edib.

İnvestorlar ABŞ Prezidenti Cozef Baydenin Çin lideri Si Cinpindən neft ehtiyatlarını açmaq xahişini qiymətləndirməkdə davam edirlər.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 fevral, 2026 / 09:40