Dünya Bankı: “Bu il neftin orta illik qiyməti 65 dollar/barel olacaq”

Bakı. 26 aprel. REPORT.AZ/ Bu il neftin orta illik qiyməti 65 dollar/barel təşkil edəcək.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının “Əmtəə Bazarları proqnozu”nda qeyd olunub.

Bankın analitiklərinin proqnozlarına görə, bu il neft, qaz və kömürün qiyməti 20% artacaq.

Dünya Bankı gələn il də neftin orta qiymətinin 65 dollar/barel olacağını proqnozlaşdırır.

2017-ci ildə neftin orta illik qiyməti 53 dollar/barel təşkil edib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35