Çində tələbin aşağı olması nefti ucuzlaşdırıb

Çində tələbin aşağı səviyyədə qalması dünya bazarında neftin qiymətinin 1 %-dən çox düşməsinə səbəb olub.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 1,13 % ucuzlaşaraq 1 bareli 91,81 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti 1,37 % düşüb və 1 bareli 84,42 ABŞ dolları təşkil edib.

Ən böyük xammal idxalçısı olan Çində pandemiyaya qarşı bir sıra məhdudiyyətlərin qüvvədə qalması vətəndaşların hərəkətliliyinə də təsir göstərir ki, bu da öz növbəsində yanacağa olan tələbatı azaldır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35