Bu il Azərbaycanda qaz hasilatı 5 %-dək artıb

Bu ilin yanvar-noyabr ayları ərzində ötən ilin müvafiq dövrünə nisbətən 4,7 %, yəni 1,5 mlrd kubmetr artımla 33,7 mlrd kubmetr qaz hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 11 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, qaz hasilatının 10,7 mlrd kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 16,3 mlrd kubmetri isə “Şahdəniz”dən əldə edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 6,7 mlrd kubmetr qaz hasil olunub.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 15 yanvar, 2026 / 09:45