Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 39,7 milyard kubmetr təbii qaz hasil edilib.
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-noyabr ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Bildirilir ki, qazın 12,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 20,4 milyard kubmetri “Şahdəniz”dən əldə edilib.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 7,2 milyard kubmetr qaz hasil olunub.
Ötən ilin müvafiq dövrünə nisbətən 17,8 %, yəni 6 milyard kubmetrə yaxın artımla qaz hasil edilib.