Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 10 %-dək artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 34 milyard 402,6 milyon kubmetr təbii qaz hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 25 milyard 681,2 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 8,5 %, əmtəəlik qaz hasilatı isə 9,8 % artıb.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 24 milyon 493,4 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 24 milyon 424,5 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı daha əvvəlki ilin eyni ayları ilə müqayisədə 5,3 % (əmtəəlik neftin həcmləri isə 5,4 %) azdır.

Digər xəbərlər