Bu ilin birinci rübü ərzində Azərbaycanda 8,3 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib.
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin ilk rübündə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 0,5 milyon ton və ya 5,7 % az olub.
Respublika üzrə neft hasilatının 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 milyon tonu kondensat “Şahdəniz”in payına düşüb.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.