Bu il Azərbaycanda 25 mlrd kubmetrdən çox qaz hasil edilib

Bu ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 8,7%, yəni 2 mlrd kubmetr artımla 25,1 mlrd kubmetr qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.

Qaz hasilatının 7,9 mlrd kubmetri “Azəri-Çıraq-Güməşli”dən, 12,3 mlrd kubmetri isə “Şahdəniz”dən əldə edilib.

SOCAR üzrə bu dövrdə 4,9 mlrd kubmetr qaz hasil olunub.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 31 dekabr, 2025 / 09:17