Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 19,6 milyard kubmetr təbii qaz hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-may ayları üzrə operativ məlumatlarında deyilir.
Bildirilir ki, bu, ötən ilin 5 ayı ilə müqayisədə 2,6 milyard kubmetr və ya 15,3 % çoxdur.
Belə ki, qazın 5,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 10,6 milyard kubmetri “Şahdəniz”dən, 3,2 milyard kubmetri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.