Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 16,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-iyun ayları üzrə operativ məlumatlarında deyilir.
Məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 700 min ton və ya 4,07 % az olub.
Respublika üzrə neft hasilatının 10,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib.