Bu ilin yanvar-mart ayları ərzində 6,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin ilk üç ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Bildirilir ki, bu 2021-ci ilin 3 ayına nisbətən, təxminən, 0,6 milyon ton, yəni 8,2 % azdır.