Bu il Azərbaycan 17,6 milyon ton neft ixrac edib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 17,6 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-avqust ayları üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, bunun 16,6 milyon tona yaxını Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətin (ABƏŞ), 1 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 03 oktyabr, 2026 / 08:55