Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən dekabrın 23-də qaz tədarükü üçün 388 milyon 179 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 2,73 % çoxdur.

Kipoi çıxış nöqtəsindən dekabrın 24-dən 29-na kimi qaz tədarükü üçün 346 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, dekabrın 17-də olan sifariş həcmi ilə müqayisədə 9,76 % azdır. Dekabrın 18-nə və 19-na olan göstəriciləri ilə müqayisədə isə 9,73 % azdır. Dekabrın 20-də olan sifariş həcmi ilə müqayisədə 5,56 % az, dekabrın 21-i və 22-nə olan sifariş həcmi ilə müqayisədə 10,9 % azdır

Yunanıstanın Komotini çıxış nöqtəsindən dekabrın 23-dən 29-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən dekabrın 23-dən 29-dək qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftəyə olan sifariş göstəriciləri ilə müqayisədə isə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 23-da 326 milyon 012 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 3,54 % çoxdur.

Dekabrın 24-dən 29-dək bu çıxış nöqtəsindən 286 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, dekabrın 17-nə olan sifariş həcmi ilə müqayisədə 10,15 % azdır. Bu həcmlər dekabrın 18- 19-na qədər olan sifariş həcmləri ilə müqayisədə isə 10,1 % azdır.

Bu həcmlər dekabrın 20- olan sifariş həcmləri ilə müqayisədə isə 5,09 % az, dekabrın 21- 22-nə qədər olan sifariş həcmləri ilə müqayisədə isə 11,97 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Digər xəbərlər