"Brent" markalı neftin qiyməti 57 dollardan aşağı düşüb

Bakı. 18 dekabr. REPORT.AZ/ "Brent" markalı Şimal dəniz neftinin bir barelinin qiyməti 20 oktyabr 2017-ci il tarixindən bu yana ilk dəfə olaraq 57 dollardan aşağı düşüb.

“Report” xəbər verir ki, bu, keçirilən hərracların nəticəsində məlum olub.

"Brent" neftinin fevral fyuçerslərinin qiyməti bir barelə görə 56,97 dollara qədər azalıb.

Daha əvvəl WTI markalı Amerika neftinin qiyməti 3 faizdən çox aşağı düşüb.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35