Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq kəsiləcək

Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində sabah elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, buna səbəb 110 kV-luq "Cəlilabad" hava xəttində aparılacaq təmir işləridir.

Nəticədə 17 sentyabr saat 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd, Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişində fasilə yaranacaq.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31