Baş nazir: "SOCAR "Gama Enerji İç Anadolu"nu 225 milyon dollara alacaq"

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yerləşən "Gama Enerji İç Anadolu" elektrik stansiyasını (870 MVt) 225 milyon dollara əldə etməyi planlaşdırır.

"Report"un məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bununla bağlı sabah 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumununda Saziş imzalanacaq.

Ə.Əsədov qeyd edib ki, SOCAR adıçəkilən elektrik stansiyasının 100 % payına sahib olacaq.

Digər xəbərlər