"Azəristiliktəchizat" istilik enerjisi istehsalını 5 % artırıb

Bu ilin I rübündə "Azəristiliktəchizat" ASC 952 585 Qkal istilik enerjisi istehsal edib.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45 358 Qkal və yaxud 5 % çoxdur.

Həmçinin, qeyd edilib ki, topdansatış qaydası ilə "Azərenerji"nin İstilik Elektrik Mərkəzindən 86 395 Qkal istilik alınıb ki, bu da 1 il əvvələ nisbətən 1 468 Qkal və yaxud 1,7 % azdır.

Əlavə olaraq 32 910 Qkal enerji istehsal olunmasına və ümumi qaz sərfiyyatının artmasına baxmayaraq qazın xüsusi sərfiyyatı illik müqayisədə 0,7 M3/Qkal azalaraq 136,4 M³/Qkal təşkil edib ki, bu da şərti olaraq 665 970,2 kubmetr təbii qaza qənaət deməkdir.

İstilik enerjisinin 99,9 %-i qaz yanacağı, 0,1 %-i elektrik enerjisi və dizel yanacağı istifadə edilməklə istehsal edilib.

Enerji istehsalının 557 Qkallıq hissəsi və yaxud 0,1 %-i Şuşa şəhərində elektrik enerjisi ilə işləyən qazanxanaların payına düşüb.

Digər xəbərlər