"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) yeni rəisi Nəriman Mahmudov təyin edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib.
Bu vəzifəyə təyin olunanadək N.Mahmudov qurumun Şimal-Qərb RETSİ-nin rəisi olub.
"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsində (RETSİ) kadr dəyişiklikləri aparılıb.
"Report"un yerli bürosu xəbər verir ki, "Azərişığ"ın sədri Vüqar Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Naxçıvan RETSİ-nin rəisi Nemət Qasımov və idarənin Satış şöbəsinin rəisi Emil Əkbərli tutduqları vəzifələrdən azad ediliblər.
Hazırda sözügedən vəzifələrə yeni təyinatlarla bağlı rəsmi məlumat verilməyib.