“Azərişıq” ASC: Lənkəranda elektrik enerjisi qısa zamanda bərpa ediləcək

Lənkəranda qısa zamanda elektrik enerjisinin verilməsi bərpa ediləcək.

“Azərişıq” ASC-dən “Report”a verilən məlumata görə, qurumun əməkdaşları hazırda hadisə yerindədirlər.

Güclü külək səbəbindən kəsilən elektrik enerjisinin bərpası üçün işlər aparılır.

Bildirilir ki, qəza yerində olan əməkdaşlar təmir işləri aparırlar və qısa zamanda elektrik enerjisinin verilməsi bərpa ediləcək.

Qeyd edək ki, Lənkəranda güclü külək fəsadlar törədib. Şəhərin bir neçə hissəsində elektrik enerjisinin verilişi dayanmışdı.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35