Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının iclası keçiriləcək

Dekabrın 16-17-də Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının 31-ci iclası videokonfrans formatında keçiriləcək.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirin birinci günündə iclas prosedur məsələləri nəzərdən keçiriləcək, ikinci gün isə "Hərkəs üçün enerji səmərəliliyi: İnnovasiyalar və investisiyalar" mövzusunda Nazirlər iclası keçiriləcək.

Enerji Xartiyası Konfransının 31-ci iclasına energetika naziri Pərviz Şahbazov sədrlik edəcək.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35