Bu ilin əvvəlinə respublika üzrə təbii qazla təmin olunmuş əhali abonentlərinin sayı 2 milyon 609 min 783-ə çatıb.
“Report” bu barədə Energetika Nazirliyini tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatda deyilir.
Məlumata görə, bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 64 277 abonent və ya 2,5 % çoxdur.
Bu ilin əvvəlinə qazlaşmanın ümumi səviyyəsi 0,1 faiz bəndi artaraq təxminən 96,6 % olub.
Bildirilib ki, hazırda qazlaşdırılma istiqamətində işlər davam etdirilir.