2022-ci ilin yanvar-mart aylarında ölkədə 11,8 milyard kubmetr təbii qaz hasil edilib.
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin ilk rübündə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Bildirilir ki, bu, 2021-ci ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 1,4 milyard kubmetr və ya 13,5 % çoxdur.
Məlumata görə, qaz hasilatının 3,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 6,4 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 1,9 milyard kubmetr qaz hasil olunub.