Azərbaycan Prezidenti: Bizim "yaşıl enerji" gündəliyimiz çox genişdir

Azərbaycanın "yaşıl enerji" gündəliyi çox genişdir.

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında səsləndirib.

"Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz "yaşıl enerji"yə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir", - Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı, həmçinin bildirib ki, bütün bu "yaşıl enerji" potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35