Azərbaycan polipropilen ixracını 44 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 91 min 970,6 ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 100 milyon 523,6 min ABŞ dolları təşkil edib.

Bunlar, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 44,05 % 18,55 % çoxdur.ı

11 ay ərzində polipropilen qeyri-neft sektoru üzrə ixracda payı 3,3 % olub. Hesabat dövründə ilkin formalarda polipropilen ölkənin ümumi ixracdakı payı 0,3 % olub.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 11 aylıq xarici ticarət dövriyyəsinin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 31 dekabr, 2025 / 09:17
Azərbaycan nefti ucuzlaşıb 30 dekabr, 2025 / 09:59