​Azərbaycan neftinin qiyməti 52 dollara yüksəlib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,89 dollar, yaxud 5,88% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,02 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35