Azərbaycan Mərkəzi Bankı (AMB) BP şirkəti ilə “BP Enerji Proqnozu” hesabatında qeyd olunan ssenarilər üzrə fikir mübadiləsi aparıb.
“Report” xəbər verir ki, bu barədə AMB-nin "X" sosial şəbəkəsindəki hesabında qeyd olunub.
Bildirilib ki, AMB-nin sədri Taleh Kazımov, BP şirkətinin baş iqtisadçısı Spenser Deyl və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylini qəbul edib.
Görüş zamanı S. Deyl tərəfindən 2024-cü il üzrə “BP Enerji Proqnozu” hesabatı təqdim olunub və hesabatda qeyd olunan ssenarilər üzrə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Azərbaycanda makroiqtisadi vəziyyət, "yaşıl iqtisadiyyat"ın inkişafı və neft-qaz hasilatı məsələləri müzakirə edilib.