Bu ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisinin idxalı 50,3 milyon kVt/saat təşkil edib.
Bu barədə “Report” Energetika Nazirliyinin 2023-cü ilin 5 ayı üzrə operativ məlumatlarına əsasən xəbər verir.
Bildirilib ki, ölkədə elektrik enerjisi idxalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon kVt/saat və ya 16,8 % azalıb.
Bu ilin 5 ayı ərzində elektrik enerjisinin ixracı isə 1 milyard 253,7 milyon kVt/saat olub. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 715,7 milyon kVt/saat və ya 2,3 dəfə çoxdur.
May ayında Azərbaycana elektrik enerjisinin idxalı 9,2 milyon kVt/saat, ixrac isə 9,5 milyon kVt/saat təşkil edib. Bu da 2022-ci ilin may ayı ilə müqayisədə 2,2 dəfə və 2,1 dəfə azdır.