Azərbaycan əhalisi bu il 1,8 milyard manatlıq yanacaq alıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 820,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 6%-i avtomobil benzini və dizel yanacağının payına düşüb.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20