Avropada təbii qazın min kubmetr üçün qiyməti 1 200 dollardan aşağı düşüb

Avropada təbii qazın qiyməti martın 1-dən sonra ilk dəfə olaraq, min kubmetr üçün 1 200 ABŞ dollarından aşağı düşüb.

Bu barədə “Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.

Məlumata görə, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın aprel fyuçerslərinin qiyməti 1 194,3 ABŞ dolları səviyyəsinə enib. Bu isə dünənki ticarət sessiyası ilə müqayisədə 5,3% aşağıdır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35