Avropada təbii qazın birja qiymətləri 2 % düşüb

Avropada təbii qazın birja qiymətləri 2 % düşüb.

“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın yanvar fyuçerslərinin qiyməti günə 925,2 dollarla (-1,9 %) başlasa da, sonradan 923,7 dollara (-2,1 %) enib.

Dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün 943,5 dollar) əsasən hesablanır.

Digər xəbərlər

Bakının iki rayonunda qaz olmayacaq 02 oktyabr, 2026 / 08:27
SOCAR Balakhani şirkəti yaradılıb 01 oktyabr, 2026 / 16:49