Avropada qazın qiyməti günün yekununda 1 250 dollara düşüb

Avropada qazın qiyməti bugünkü hərracın yekunlarına əsasən iyunun 15-dən bəri ilk dəfə 1000 kubmetr üçün təxminən 1 250 dollara düşüb.

“Report” xəbər verir ki, bu barədə ICE London Fond Birjasının məlumatında qeyd olunub.

Niderlandın TTF habında noyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr 1 253 dollara və ya MVt/saat üçün 123,165 avroya düşüb (hazırkı avro-dollar məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün avro ilə təqdim olunur).

Gün ərzində qazın qiymətində ümumi azalma 13 %-i ötüb.

Qiymətin azalması Aİ-də qaz ehtiyatlarının maksimuma yaxınlaşması, regionda nisbətən isti hava şəraitinin bərqərar olması və elektrik enerjisi istehsalında küləyin orta payının əhəmiyyətli dərəcədə artması ilə bağlıdır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35