Bakı. 12 iyul. REPORT.AZ/ Avropa Komissiyası bu il üçün “Brent” markalı neftin orta illik qiyməti ilə bağlı proqnozunu 5,6% artırıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Komissiyası bu il “Brent” neftinin orta qiymətinin 72,8 dollar/barel olacağını proqnozlaşdırır.
Bu isə 2017-ci ilin göstəricisindən 33% çoxdur.