Abşeronun bəzi ərazilərində işıq olmayacaq

Bu gün Abşeron rayonunun bu ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bu barədə "Report"a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Əliağa Vahid" yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində təmir işi aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:30-dan saat 14:00-dək Xırdalan şəhəri Nizami, Şıxəli Qurbanov, Sarı Aşıq küçələrində, Kənd Narlıq ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35