ABŞ-də kommersiya neft ehtiyatları ötən həftə ərzində 0,4 milyon barel artaraq 19 dekabr 2025-ci il tarixinə 424,8 milyon barel təşkil edib.
"Report"un verdiyi məlumata görə, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Qurumdan dəqiqləşdirilib ki, ehtiyatların hazırkı həcmi ilin bu vaxtı üçün son beş ilin orta göstəricisindən 3% aşağıdır.
Bakı vaxtı ilə saat 04:40-a olan məlumata görə, Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin mart ayı üçün tədarük ediləcək fyuçersləri 0,37% ucuzlaşaraq bir barel üçün 61,26 dollara düşüb. Eyni zamanda, "WTI" markalı neftin fevral fyuçerslərinin qiyməti 2,03% artaraq bir barel üçün 57,89 dollar təşkil edib.