ABŞ-da qazın qiyməti 7 illik maksimuma çatıb

ABŞ-da təbii qazın qiyməti 2014-cü ildən bəri rekord həddə çatıb.

"Report" bu barədə "Wall Street Journal" qəzetinə istinadən xəbər verir.

Qəzetin yazdığına görə, sentyabr ayında qiymətlər 17% artıb.

Mövcud qiymət artımı həm ev təsərrüfatları, həm də sənaye müəssisələrinə ağır zərbə vura bilər.

Bu vəziyyətdən isə enerji şirkətləri faydalana bilər. Belə ki, qazın bahalaşmasından sonra onların səhmləri 5% bahalaşıb. Digər sektorlarda qiymətli kağızlar 5%-dən çox ucuzlaşıb.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35