Yusif Məmmədəliyevin qızı atasının xatirəsinə olan ehtirama görə Prezidentə təşəkkür edib

Yusif Məmmədəliyevin ailəsi akademikin xatirəsinə olan ehtirama görə Prezident İlham Əliyevə təşəkkür edib.

"Report" xəbər verir ki, bu barədə akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva dekabrın 4-də Bakıda keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş "Yusif Məmmədəliyev: Elm. irs. innovasiyalar" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, akademikin həyat yolu onu tanıyanlar üçün sadəcə elmi yox, həm də vətənə bağlılıq, xidmət yoludur:

"Bu gün yüzlərlə şəxsin Yusif Məmmədəliyevin davamçısı olması bunun bariz nümunəsidir. Akademikin xatirəsinə göstərilən böyük ehtirama görə ailəmiz adından Prezident İlham Əliyevə təşəkkür edirəm".

Digər xəbərlər

İki kollecə yeni təyinat olub 12 dekabr, 2025 / 09:50