Nazir Qarabağ və Şərqi Zəngəzur təhsil idarələrinin yaradılmasına münasibət bildirib

"Regional təhsil idarələrinə inam artdıqca, vətəndaş məmnunluğu yüksəldikcə gələcəkdə bir sıra səlahiyyətlərin onlara verilməsinin tərəfdarıyıq".

"Report"un xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, idarələrin növbəti həftələrdə, yaxud aylarda yaradılması planlaşdırılır: "Qarabağ və Şərqi Zəngəzurda təhsil idarələrinin yaradılması şanlı zəfərin bariz nümunəsidir".

Digər xəbərlər