Daha 2 şagird və 7 məktəb işçisi koronavirusa yoluxub

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən “Report”a bildirilib ki, 10 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.

İbtidai siniflərdə oxuyan 2 şagird koronavirusa yoluxub.

Virusa yoluxmuş işçi heyətinin sayı 7 nəfərdir.

Məktəbəqədər hazırlıq qruplarında təhsilalanlar arasında virusa yoluxan qeydə alınmayıb.

Qeyd edək ki, əyani dərslərdə iştirak edən şagirdlərin sayı 285 564 nəfər olub.

Digər xəbərlər

Sabah planetlərin paradı olacaq 27 fevral, 2026 / 15:02