Biləsuvarda ilk dəfə müəllimlərin işə qəbulu imtahanı keçiriləcək

Biləsuvar rayonunda ilk dəfə olaraq müəllimlərin işə qəbulu (MİQ) imtahanı keçiriləcək.

"Report"un Muğan bürosunun məlumatına görə, indiyədək bu tipli imtahanlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin inzibati binasının yerləşdiyi (Salyan şəhəri) rayonda keçirilib.

Bu ildən isə proses artıq Biləsuvar rayonunda müvafiq imtahan mərkəzində baş tutacaq.

Digər xəbərlər