Ordubadın yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb.

Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Qeyd edilib ki, hazırda bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 4, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 3 sm qeydə alınıb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34