COP31-də 2030-cu ilədək iqlim hədəfləri müzakirə olunub

Türkiyənin Antalya şəhərində COP31 çərçivəsində nazirlərin toplantısı keçirilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, COP29-un prezidenti Muxtar Babayevin də iştirakı ilə keçirilən toplantıda 2030-cu ilədək iqlim hədəflərini müzakirə olunub.

İqlim fəaliyyətinin sürətləndirilməsi, emissiyaların azaldılması və maliyyələşmə məsələləri müzakirə edilib.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum çıxışında emissiyaların azaldılması ilə yanaşı, enerji təhlükəsizliyi, məşğulluq və ədalətli keçid məsələlərinin vahid çərçivədə nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, COP31 çərçivəsində qəbul edilməsi nəzərdə tutulan yekun qərarın ilk layihəsi dərc olunub və tərəflərdən daxil olan rəylər nəzərə alınaraq ikinci layihə noyabrın 18-də təqdim ediləcək.

Nazir inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşməsinə və texnologiyalara çıxışının asanlaşdırılmasının, milli prioritetlərin investisiyalara çevrilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Digər xəbərlər

Sabah hava yağmursuz olacaq 16 noyabr, 2026 / 12:52
Sabah Bakıda yağış yağacaq 14 noyabr, 2026 / 12:40