Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Bahodur Şeralizoda ilə görüşüb.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin bərpası, iqlim fəaliyyəti mövzuları müzakirə olunub.
Eyni zamanda, Azərbaycanda yeni milli parkların yaradılması və bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan prioritet tədbirlər barədə Tacikistan tərəfinə məlumat verilib.