Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən "Report"a bildirilib ki, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Qobustan, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Ağdam, Ağcabədi, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Digər xəbərlər

Şahdağa qar yağır - Faktiki hava 20 noyabr, 2026 / 10:11
Sabah hava yağmursuz olacaq 16 noyabr, 2026 / 12:52