Heydər Əliyevin anım günü münasibətilə "Yaşıl gələcək naminə" aksiyası keçiriləcək

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Bakı, Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla ölkənin bütün bölgələrini əhatə edən "Yaşıl gələcək naminə" ekoloji aksiyası keçiriləcək.

"Report" xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutacaq aksiya dekabrın 1-dən 10-dək davam edəcək.

Bu çərçivədə müxtəlif dini icmaların, gənclərin, ictimaiyyət nümayəndələrinin, könüllülərin iştirakı ilə ağacəkmə və yaşıllaşdırma tədbirləri, eyni zamanda, abadlıq işlərinin təşkili nəzərdə tutulur.

Aksiyanın keçirilməsində məqsəd müxtəlif konfessiyalar arasında həmrəyliyin, ictimai birlik ruhunun daha da gücləndirilməsinə töhfə vermək, dini icma üzvlərinin və ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltməkdir.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02