Bakı. 16 noyabr. REPORT.AZ/ Suriyanın Kobani şəhərində iki aydır davam edən döyüşlər nəticəsində 700-dən artıq terrorçu məhv edilib.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bununla belə şəhərdə ölənlərin sayı 1200 nəfəri ötüb.
Məlumdur ki, öldürülənlərin əksəriyyəti "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının üzvləridir.
Xatırladaq ki, terrorçular sentyabrın ortalarından Kobani şəhərini ələ keçirməyə çalışırlar.
Eyni zamanda, ötən sutka ərzində Suriyada 270-dən artıq terrorçunun silahı yerə qoyduğu bildirilir.