Bakı. 9 noyabr. REPORT.AZ/ Hindistanda nüvə başlığı daşıya biləcək "Aqni-II" ballistik raketi uğurla sınaqdan keçirilib.
"Report" BBC-yə istinadən xəbər verir ki, 2 min km-dən artıq uçuş radiusu olan "Yer-yer" sinifli raket Hindistanın şərqi Orissa ştatı sahillərində yerləşən Uiler adasında mobil qurğudan buraxılıb.
Hindistan KİV-nin məlumatına görə, raket 600 km yüksəkliyə çatdıqdan sonra Benqal körfəzində əvvəlcədən təyin olunmuş hədəfin yanında suya düşüb.