Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb

Moskva, Kiyev və Vaşinqton nümayəndələri arasında Əbu-Dabidə Ukraynaya dair üçtərəfli danışıqlar noyabrın 4-dən sonra keçiriləcək.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Tarix tezliklə müəyyən ediləcək. Amma aydındır ki, bu, noyabrın 4-dən sonra olacaq", - agentlik rəsminin sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, konkret tarix "döyüş meydanındakı vəziyyətdən və ümumiyyətlə vəziyyətdən" asılı olacaq.

Daha əvvəl Polşanın Baş naziri Donald Tusk bildirmişdi ki, Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ilkin olaraq noyabrın 4-ndə keçirilməsi planlaşdırılıb.

Digər xəbərlər